Diceylər Xəzərin sahilində, dənizkənarı bulvardakı Milli Parkda ən gözəl musiqiləri — salsa, baçata və kizombanı səsləndiriblər.
Bu dəfə Open Air-i AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi Kuba Salsa və Baila Baku studiyaları təşkil ediblər. Onlar bura təkcə yerli sakinləri deyil, xaricdən olan cütlükləri də toplayıblar.
Ehtiraslı tanqonu Uruqvaydan ilan Maxo Martirena və argentinalı Rodriqo Fontidən ibarət rəqs cütlüyü nümayiş etdirib. Öz çıxışları ilə uşaq cütlüyü — Qaflan Abbasov və Anastasiya Kşnyakina tamaşaçıların çılğın alqışlarını qazanıblar.
Bu gecənin ideal musiqi fonunu italiyalı dicey DJ Angelo təşkil edib.