Türkiyədə 8 millət vəkili barəsində sərt qərar verildi

© Photo : kurdishinfo.comHDP partiyasının bayrağı
HDP partiyasının bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
PKK-ya yardımda şübhəli bilinən deputatlar polis gücü ilə məhkəməyə gətiriləcək

BAKI, 5 sen — Sputnik. Türkiyənin Diyarbəkir 2-ci ağır cinayətlər məhkəməsi PKK terror təşkilatına yardım etmələri səbəbilə, HDP-dən olan 8 millət vəkili barəsində istintaq başladıb. "Əgər millət vəkilləri məhkəmə salonuna öz xoşları ilə gəlməsələr, polis gücü ilə gətiriləcəklər", — deyə məhkəmədən bildirilib.

Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, adları qeyd olunan millət vəkilləri bunlardır: Osman Baydemir, Ahmet Yıldırım, Besime KONCA, Çağlar Demirel, Dirayet Taşdemir, Alican Önlü, Selma Irmak və Nadir Yıldırım.

© Photo : hurriyet.com.trHDP-li millət vəkilləri
HDP-li millət vəkilləri - Sputnik Azərbaycan
HDP-li millət vəkilləri

Məhkəmədən həmçinin, HDP rəhbəri Səlahəddin Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaş barəsində də yaxın günlərdə qərar veriləcəyi açıqlanıb.

Xəbər lenti
0