BAKI, 5 sen — Sputnik. Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində IX Beynəlxalq müsəlman kino festivalının açılışı olub.
Sputnik-in məlumatına görə, kinofestival sentyabrın 11-dək davam edəcək.
Tədbirdə Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Belarus, həmçinin İran, İraq, Banqladeş, Suriya, Çin, eləcə də İspaniya, Fransa, Finlandiya, Norveç və Serbiya ilə yanaşı Azərbaycan da iştirak edir. Festivalda azərbaycanlı rejissorlardan Şamil Əliyevin "Çölçü" və Fariz Əhmədovun "Əriyən ada" filmləri təqdim olunacaq.
Tədbirin açılış günü tamaşaçı və iştirakçılara İran rejissoru Məcid Məcidinin "Məhəmməd – Allahın elçisi" filmi nümayiş olunub.