BAKI, 5 sen — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.