2021-ci ildə uçan qatarların istehsalına başlanacaq

CC0 / hpgruesen / trainSürət qatarı
Sürət qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da 2021-ci ildə yeni yüksək sürətli qatar istifadəyə veriləcək.

BAKI, 5 sent-Sputnik. ABŞ-da ultrasürətli yüksək texnologiyalı qatarın 2021-ci ildə istifadəyə verilməsi gözlənilir. Bu qatarın layihələşdirilməsi ilə amerikalı mütəxəssislər məşğul olacaqlar.
Məlum olduğu kimi, ilkin mərhələdə mütəxəssislər 28 belə qatar buraxmaq niyyətindədirlər.

Məlumata görə, artıq bu layihəyə Federal büdcədən 2 milyarddan artıq vəsait xərclənib.

Yeni qatarların buraxılmasına görə məsuliyyəti Amtrack şirkəti öz üzərinə götürüb. Bu şirkət dəmiryol sahəsində lider sayılır. Qeyd edək ki, sözügedən korporasiya sərnişin daşımalarına 45 il əvvəl başlayıb.

Hazırkı qatarlarla müqayisədə yeni qatarlar 3 dəfə artıq sərnişin daşıyacaq. Bundan əlavə, qatarlar pulsuz və keyfiyyətli Wi-Fi ilə təmin ediləcək. Bu qatarlar saatda 186 mil (300 km) məsafə qət etməklə yanaşı elektrik enerjisinə də 20% qənaət edəcək.

Qeyd edək ki, bu layihənin reallaşmasına daha 450 milyon dollar ayrılıb.
Yeni qatarlar 4 yenidən qurulmuş stansiyada hərəkət edəcək.

Qeyd edək ki, Bundan daha sürətli qatarın 2027-ci ildə Yaponiyada istehsalı planlaşdırılır. Həmin qatar saatda 482 km sürətlə hərəkət edəcək. O, Nagova ilə Tokio arasındakı 289 km-lik yolu 40 dəqiqəyə gedəcək.

Yaponiyada 574 km/saat sürətilə qatar hələ 2011-ci ildə sınaqdan keçirilib.

Onun rekordunu Çində istehsal olunan maksimal sürəti 625 km/saat olan qatar yeniləyib. Çin həm də qatarların qarşılıqlı paralel keçidində də rekord nümayiş etdirmiş ölkədir. Bu zaman hər iki qatarım maksimal sürəti 420 km/saat olub. Bu tip sürət qatarlarını uçan qatarlar adlandırırlar.

ABŞ sürətli qatarlar məsələsində adıçəkilən ölkələrdən geri qalır.

Xəbər lenti
0