Krımın qədim yunan şəhəri olduğu üzə çıxdı

© triptodream.ruKrım
Krım - Sputnik Azərbaycan
Abunə olmaq
Arxeoloqlar Krımda qədim yunan şəhərinin qalıqlarını tapıblar.

BAKI, 5 sent-Sputnik. Arxeoloqlar Krımda qədim yunan şəhərinin qalıqlarını tapıblar.

Sputnik xarici KİV-ə istinadla xəbər verir ki, Krımda, Mitridat dağında arxeoloqlar qazıntılar zamanı qədim şəhər üzə çıxarıblar. Qalıqlar Kerç yaxınlığında meydana çıxıb.

Alimlər düşünürlər ki, bu şəhər hələ özündə çoxlu sirrləri qoruyur.

Mütəxəssislərin tapdığı bu antik şəhər odla yandırılıb. Burada böyük bir istehkamın qalıqları, Apollon məbədinin fundamenti, həmçinin çox sayda keramikadan hazırlanmış əşyalar var.

Ekspertlərin fikrincə, bu şəhər bizim eradan əvvəl VII əsrdə tikilib. Şəhəri qədim yunanlar inşa ediblər, lakin onu böyük ehtimalla düşmən tayfalar dağıdıb və yandırıblar.

Tədqiqatçılar əmindirlər ki, Mitridat dağında çox sayda maraqlı tapıntılar üzə çıxacaq. Qazıntı işləri davam etdirilir.

Xəbər lenti
0