Türkiyə sərhədində İŞİD-in nəzarətindəki son yaşayış məntəqələri azad edilib

© REUTERS / Abdalrhman IsmailAleppo, Suriya
Aleppo, Suriya - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da İŞİD terror təşkilatının Türkiyə sərhədləri ilə təması kəsilib.

BAKI, 4 sen — Sputnik. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində bu gün Türkiyə sərhədlərində İŞİD terror təşkilatının nəzarətinə tamamilə son qoyulub.

Sputnik-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə ordusunun dəstəyi ilə bu gün müxalif Azad Suriya Ordusu Türkiyə-Suriya sərhədində, Cerablus-Çobanbəy xəttində son yaşayış məntəqələrini də azad edib.

Bununla da İŞİD terror təşkilatının Türkiyə sərhədləri ilə təması kəsilib.

Qeyd edək ki, Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatını avqustun 24-də başlayıb, Cerablus bölgəsinə Türkiyə ordusunun tank birlikləri daxil olub. Həmin gün Türkiyə ordusunun dəstəyi ilə Cerablus şəhəri İŞİD terror təşkilatından azad edilib. 

Xəbər lenti
0