BAKI, 3 sen — Sputnik. Səmərqənddə mərhum Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi keçirilir.
Vida mərasimi şəhərin tarixi Registan meydanında keçir.
Meydana dövlət və parlament rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də xarici ölkələrin nümayəndə heyətləri toplaşıblar.
Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Registandan dəfn iştirakçıları Kərimovun valideynlərinin basdırıldığı Şahi-Zinda qəbiristanlığına yola düşəcəklər.