Türkiyədə erkən bələdiyyə seçkiləri keçirilə bilər

© Photo : kartal24.comTürkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Gürsel Tekin
Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Gürsel Tekin - Sputnik Azərbaycan
Abunə olmaq
CHP-li millət vəkili: "FETÖ sarayın içinə, göbəyinə girmiş, bələdiyyələrin içinə girməməsi mümkünmü?"

BAKI, 2 sen — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Gürsel Tekin, jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən erkən bələdiyyə seçkilərinə hazır olduqlarını ifadə edib. Bu barədə Sputnik haberler-ə istinadla xəbər verir.

"Bələdiyyə seçkilərinə hazırıq, amma yalnız AK Partiyanı rahatlaşdırmaq üçün deyil, Türkiyəni rahatlaşdırmaq üçün. FETÖ sarayın içinə, göbəyinə girmiş, bələdiyyələrin içinə girməməsi mümkünmü? İstər böyük şəhərlərdə, istər rayonlarda çoxlu sayda FETÖ üzvü olduğu bildirilir", — deputat deyib.

Gürsel Tekin qeyd edib ki, yerli seçkilər ilə bağlı iki təqvim var: "Biri 2017-ci ilin noyabr ayı, digəri isə 2018-ci ilin mart ayı. CHP buna hazırdır".

Xəbər lenti
0