ELM

Bataqlıqda fırlanan dəyirmi ada aşkar edilib

© Photo : ecovoice.ruBataqlıq
Bataqlıq - Sputnik Azərbaycan
Abunə olmaq
Sirli obyekt əvvəlcə “Google Maps”də tapılaraq, yerin düzgün skanlanmaması nəticəsində yaranan artefakt kimi qəbul edilib.

BAKI, 2 sen — Sputnik. Tədqiqatçılar Argentina bataqlıqlarında aşkar edilən sirli obyekti əvvəlcə “Google Maps”də taparaq, yerin düzgün skanlanmaması nəticəsində yaranan artefakt kimi qəbul ediblər. Lakin sonra məlum olub ki, ada həqiqətən mövcuddur, habelə ideal dərəcədə dəyirmidir və fırlanır.

AZƏRTAC xəbər verir ki, tapıntı amerikalı hidravlika mühəndisi Riçard Petroniyə məxsusdur. O, adanı bu il aşkar edib və bu barədə həmkarları Sercio Nespilerm və Pablo Martinesə məlumat verib. Onlar da tapıntı ilə maraqlanıblar və üçü birlikdə sirli yeri aşkar etmək üçün ekspedisiyaya yola düşüblər. Arzu edən hər kəs qeyri-adi adanı elə indi görə bilər. Bunun üçün “Google Maps”ə 34°15'07. 8"S 58°49'47 koordinatlarını daxil etmək kifayətdir.

Ada Argentinada, Parana çayının deltasında yerləşir. Riçard və onun həmkarları birinci dəfə adaya yaxınlaşa bilməyiblər – hədsiz bataqlıq ərazi onlara mane olub. Lakin helikopter vasitəsilə edilən ikinci cəhd uğurlu olub və alimlər qeyri-adi adanı görə biliblər. “Eye” (Göz) adlandırılan adanın diametri 118 metrdir. Məlum olub ki, yerli sakinlər adanın mövcudluğunu çoxdan bilirlər, lakin orada qədim allahların yaşadığını güman edərək adaya yaxınlaşmağa cürət etmirlər.

Yeri gəlmişkən, ufoloqlar hesab edirlər ki, tədqiqat aparmaq lazım deyil. Onlar əmindirlər ki, bu “ada” – kosmik gəmi lyukunun qapağıdır və ya yadplanetlilərin sualtı bazasına gizli giriş yoludur.

Xəbər lenti
0