BAKI, 2 sen – Sputnik. Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında açıq-aydın maraqlı olduğunu görür.
RİA Novosti xəbər verir ki, bunu Kreml rəhbəri Vladimir Putin deyib.
"Təyyarə böhranına görə, Türkiyənin birbaşa, heç nə uydurmadan üzr istəməsini nəzərə alırıq. Biz bu addımı yüksək qiymətləndiririk. Prezident Ərdoğan bunu etdi və biz Türkiyə prezidentinin Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında maraqlı olduğunu müşahidə edirik", — deyə Rusiya dövlət başçısı vurğulayıb.
Putin, hər iki ölkənin həm Qara dəniz regionunda, həm qlobal planda, həm də Yaxın Şərq regionunda bir çox ortaq maraqlarının olduğunu qeyd edib.