BAKI, 2 sen — Sputnik. Sentyabrın 2-də banklarda dolların satış qiyməti 1,70-i keçib.
Sputnik xəbər verir ki, bankların əksəriyyəti satış kursunu 1.7010-1,7016 səviyyəsində açıqlayıb.
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələrinə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi bu günə 1,6362 manat olub. Əgər banklara verilən 4 faizlik marjanı da nəzərə alsaq, onlar sentyabrın 2-nə olan məzənnəni marjanın ən yüksək həddi ilə açıqlayıblar.