BAKI, 2 sen — Sputnik. Gürcüstan Milli Bankı (GMB) Azərbaycanın bağlanmış "Qafqaz İnkişaf Bankı" ASC-nin bu ölkədəki törəməsinin lisenziyasını ləğv edib. "Report" xəbər verir ki, bu barədə GMB-nin rəsmi internet səhifəsində bildirilir.
Xatırladaq ki, qurumun qərarı ilə avqustun 19-da "Qafqaz İnkişaf Bankı — Gürcüstan"a müvəqqəti inzibatçı təyin edilib.