Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qorxunc virus daşıyan meyvələrlə bağlı xəbərdarlıq

© mir-yagod.ruGiləmeyvə- moruq, çiyələk, böyürtkən
Giləmeyvə- moruq, çiyələk, böyürtkən - Sputnik Azərbaycan
Abunə olmaq
Misirdən gətirilmiş çiyələklərdə hepatit daşıyıcıları aşkarlandı: 44 nəfər artıq yoluxub.

BAKI, 1 sen — Sputnik. Ötən gün ABŞ-da 55 nəfər Misirdən gətirilmiş dondurulmuş çiyələkdən hazırlanan smuzi içərək hepatitə yoluxublar.

Sputnik-in xarici KİV-lərə istinadla verdiyi xəbərə görə, aydın olub ki, xəstəliyin əlamətləri 6 ştatda üzə çıxıb. İlk hadisə 44 nəfərin yoluxduğu Vircinya ştatında qeydə alınıb. Merilend və Qərbi Vircinyada 4 nəfər, Şimali Karolinada, Oreqone və Viskonsin ştatlarının isə hərəsində bir nəfər bu xəstəliyə yoluxub. Xəstələrin yaş həddi 15-dən 68-ə qədərdir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması üzrə Mərkəzinin (CDC) mətbuat katibi Nora Spenser-Lavoll bildirib ki, xəstəliyin uzun inkubasiya dövrü – 15 gündən 50 günə qədərdir.

İlkin simptomlar may ayında aşkarlanıb, bu vaxta qədər isə həkimlər yoluxma mənbəyini müəyyən edə bilməyiblər.

Artıq epidemioloqlara məlumdur ki, Misirdən gətirilmiş giləmeyvələrdən hazırlanmış smuzi “Tropical Smoothie Cafe” kafelər şəbəkəsində satılır. Bu hadisədən sonra kafenin sahibləri menyudan çiyələyi çıxarıblar və yeni partiyanı digər təchizatçılardan alıblar.

Qeyd edək ki, hepatit A – qara ciyərin virus mənşəli kəskin infeksion xəstəliyidir. Bu xəstəliyə qida və su vasitəsilə yoluxmaq mümkündür.

İnsan həyatı boyu hepatitə yalnız bir dəfə yoluxur və bundan sonra immun sistemi zəruri antitelin (antikor) istehsalına başlayır.

Adətən hepatitə yoluxmanın qarşısını almaq üçün peyvənd edirlər.

Xatırladaq ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu ABŞ-a xaricdən, xüsusilə də Afrika və Asiya ölkələrindən gətirilən məhsullarla bağlı xəbərdarlıq yayıb. Bu xəbərdarlıqda bildirilir ki, ABŞ-a qarşı dinc terrordan – kütləvi xəstəliklərə və zəhərlənmələrə səbəb olacaq məhsullardan istifadə edilməsi  ehtimalı böyükdür.

“Elə viruslar var ki, onlar nəzarət-yoxlanış məntəqələrindən, laboratoriyalardan keçərkən ilkin əlamətləri biruzə vermirlər. Lakin bir müddət keçəndən sonra onlar inkişaf və mutasiya etməyə, insan həyatı üçün təhlükəyə çevrilməyə başlayırlar. FTB bu məhsulları ölkəyə gətirən, onları paylayan və istehlak edən insanlardan ehtiyatlı olmağı, hər hansı şübhə duyduqları an müvafiq orqanlara xəbər verməyi tövsiyə edir ” – deyə FTB-nin bəyanatında bildirilir.

 

Bir sıra ərəb ölkələrində baş verən xaos səbəbindən istehsal və ixrac olunan məhsullar üzərində dövlət nəzarəti zəifləyib. Hazırda başda ABŞ olmaqla əksər Qərb dövlətlərinin ərazisində ərəb ölkələrindən gətirilən məhsullardan istifadə xüsusilə riskli sayılır.

Xəbər lenti
0