BAKI, 1 sen — Sputnik. Uzun zamandır Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universitetinin bir müddət əvvəl bağlanaraq Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyi bəllidir. Artıq Neft məktəbinin idarəçiliyinə verilən universitetin adı, habelə loqosu dəyişdirilib. Sputnik fins.az-a istinadən xəbər verir ki, Qafqaz Universiteti yeni təhsil ilindən artıq "SOCAR University" adı altında fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyulun 20-də təsisçinin — SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.