Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ölkədə əməyin dəyərsizləşməsi prosesi gedir

© Sputnik / Farid BabayevSöküntünü həyata keçirən fəhlələr
Söküntünü həyata keçirən fəhlələr - Sputnik Azərbaycan
Abunə olmaq
Qubad İbadoğlu: "Son 1 ildə manatın dollara nəzərən 55,4 faiz dəyərdən düşməsinə baxmayaraq, orta aylıq nominal əmək haqqı 6,7 faiz artıb"

BAKI, 1 sen — Sputnik. Azərbaycanda yalnız işsizlik artmır, həm də mövcud iş yerlərində əməyin dəyərsizləşməsi prosesi gedir. Sputnik xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu şəxsi "Facebook" səhifəsində yazıb.

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri  - Sputnik Azərbaycan
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri

"2016-cı il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521 min 100 nəfər olub, onlardan 58,5 faizi və ya 889,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 41,5 faizi və ya 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın dövlət bölməsində struktur və kadr islahatlarının aparılmasının, dövlət büdcəsinin maliyyə imkanlarının məhdudlaşmasının əksinə olaraq, son 1 ildə dövlət bölməsində çalışanların sayı 15,3 min nəfər artıb", — ekspert yazıb.

Onun sözlərinə görə, son 1 ildə manatın ABŞ dollarına nəzərən məzənnəsinin 55,4 faiz dəyərdən düşməsinə baxmayaraq, orta aylıq nominal əmək haqqı 6,7 faiz, avqust ayının 1-ə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artıb.

"Göründüyü kimi, inflyasiyanın artımı hətta nominal gəlirlərin və əmək haqqının artımını üstələyir. Bununla yanaşı, son zamanlar iş yerlərinin bağlanması, mövcud iş yerlərində əmək haqların aşağı salınması, rəsmi və qeyri-rəsmi əlavə ödənişlərinin dayandırılması, maaşların gecikdirilməsi halları da kütləviləşməkdədir", — mütəxəssis qeyd edib.

Q. İbadoğlu, bütün bunların nəticəsində əmək bazarında, əməyin ödənilməsi sahəsində hazırda qərarlaşmış tendensiyaları aşağıdakı kimi təsnifləndirir:

1. Azərbaycanda əmək haqlarının sürətlə dəyərsizləməsi prosesi gedir. Buna qiymətlərin artımı, manatın məzənnəsinin ucuzlaşması, işsizlər arasında rəqabətin kəskinləşməsinə görə işləyənlərin əmək haqlarının aşağı salınması, eləcə də əmək haqlarının gecikdirilməsi təsir göstərir.

2. Dövlət bölməsində izafi işçi probleminin mövcudluğuna baxmayaraq, son 1 ildə işləyənlərin sayının artması bu sahədəki dəyişikliklərin rasionallığını aşağı salır.

3. Əmək bazarında işsizlər arasında olan rəqabətin yüksəlməsi əmək məhsuldarlığına müsbət, əməyin ödənişinə isə mənfi təsir göstərir.

4. Mövcud sahibkarlıq mühiti, sərmayə qıtlığı, investisiya büdcəsinin ixtisarına görə dövlət sifarişlərinin azalması yeni iş yerlərinin açılması potensialını aşağı salır.

5. Əmək haqlarının indeksləşdirilməməsi işləyənlərin maddi vəziyyətinin pisləşməsini sürətləndirir".

Xəbər lenti
0