BAKI, 1 sent — Sputnik. Doberman cinsindən olan ev iti Hindistanın Sebekapur əyalətində böyük şərəf və təmtəraqla dəfn edilib. Çünki o, üzvü olduğu ailəni zəhərli kobraların hücumundan xilas edib. Həm də öz həyatı bahasına.
Bu it özünün yeni sahibinin evində cəmi bir neçə ay yaşayıb. Bir dəfə ailə gecəyarısı yüksək it səsinə və tükürpərdən iniltiyə oyanıb. Yaxşı bir şey baş vermədiyini hiss edən dobermanın sahibi həyətə qaçıb. O, öz itinin bir neçə kobra ilə gərgin mübarizə apardığını görüb.
İt ilanlarla apardığı amansız mübarizə nəticəsində onların evə hücumunun qarşısını alıb. Düşmən məğlub olub, amma bir neçə saniyədən sonra zəhər öz işini görüb. Cəsur Doberman yerə yıxılıb. Sən demə, döyüşdə ilanlar onu sancıb, amma bu cəsur heyvan onlara təslim olmayıb, sonadək mübarizə apararaq "ilan ordusu"nu məhv edib.
İti heç nə xilas edə bilməyib. O, özünün son dəqiqələrini sevdiyi və qoruduğu insanlarla keçirib.
"Mən şokda idim. O, bizim üçün öz həyatını qurban verib. Onun əziz xatirəsi daim bizim yaddaşımızda olacaq", — deyə dobermanın sahibi Raita Dibakar bildirib.
Qəhrəmanın dəfninə bütün kənd toplaşıb. Bu inanılmaz hərəkət yalnız alqışa layiqdir. İtlər insanların əsl dostlarıdır. Məhz onlar insanlara sədaqətli olmağı, cəsurluğu və təmənnasız sevgini öyrədirlər.