Türkiyə dost-düşmən seçiminə başlayıb

© Photo : AATürkiyənin baş nazir Binəli Yıldırım
Türkiyənin baş nazir Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırım: "15 iyulda Türkiyə olaraq yaşadığımız alçaq hücum qarşısında dəstəklərini ortaya qoyan dostlarımız oldu, ancaq dost bildiyimiz bir çox ölkə səssiz qalmağa üstünlük verdi"

BAKI, 1 sen — Sputnik. Türkiyənin baş nazir Binəli Yıldırım Çankaya Köşkündə Beynəlxalq Parlament Assambleyasının başçılarının şərəfinə verilən nahar yeməyində çıxış edib. Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul çevriliş cəhdində baş verənlərə diqqət çəkən Yıldırım deyib: "Əli qanlı FETÖ terror təşkilatının vətəndaşlar üzərinə atəş aça biləcək qədər insanlıqdan məhrum olduğunu artıq çox dəqiq bir şəkildə anladığınızı təxmin edirəm. FETÖ terror təşkilatının Türkiyə Böyük Millət Məclisini bombalayacaq qədər demokratiyaya düşmən olduğuna şahid oldunuz. Təəssüf ki, bu alçaq çevriliş cəhdi əsnasında 241 qəhrəman vətəndaşımız şəhid olub, 2 min 194 vətəndaşımız yaralanıb".

Binəli Yıldırım - Sputnik Azərbaycan
Binəli Yıldırım: "161 şəhidimiz, 1400 yaralımız var"

O, əlavə edib ki, demokratiyanı və Türk millətini hədəf alan belə bir hücumun bənzəri hər halda dünyada başqa bir yerdə baş verməyib: "Türk insanı 15 iyul axşamı tankın, topun, təyyarənin qarşısına yalnız və yalnız məmləkət sevdası, imanı, ürəyi və demokratiyaya olan inancı ilə çıxdı".

Baş nazir, bir daha bu cür xain cəhdlə qarşı-qarşıya qalmamaq üçün lazımlı addımları atılmağa davam etdiyini vurğulayıb: "Bizdə bir söz var: Dost dar gündə tanınar. "Soyuq müharibə" dövründə belə, demokratik prinsipləri müdafiə edənlərin ön cərgəsində yer aldıq. Terror hücumuna məruz qalan bütün dost və qardaş ölkələrlə həmrəylik içərisində olduq. Kədərlənərək ifadə etmək istəyirəm ki, 15 iyulda Türkiyə olaraq yaşadığımız bu alçaq hücum qarşısında dəstəklərini qeyd-şərtsiz dərhal ortaya qoyan dostlarımız oldu, ancaq dost bildiyimiz və çox güvəndiyimiz bir çox ölkə təəssüf ki, səssiz qalmağa üstünlük verdi. Halbuki edilən hücum, demokratiyaya qarşı, millətin iradəsinə qarşı, birbaşa millətə edilən bir hücum idi".

Xəbər lenti
0