Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu məhsullar sizi daha da gəncləşdirəcək

© Sputnik / Hikmet OrhunQazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib
Qazax rayon sakini Alim Əzizovun əkdiyi badımcan bitkisi pomidor formasında bar verib - Sputnik Azərbaycan
Abunə olmaq
Pomidor mübadilə proseslərini tənzimləyir, bədən çəkisini normada saxlamağa kömək edir.

BAKI, 1 sen – Sputnik. Amerika diyetoloqaları orqanizmə ən güclü cavanlaşdırıcı təsir edən məhsulların siyahısını tərtib ediblər. Bu məhsullar antioksidant maddələrlə zəngindir.

Antioksidantlar orqanizmin qocalması ilə bağlı olan prosesləri ləngidir, orqanizmin daha cavan və gümrah qalmasına kömək edir.

Sputnik saglamolun.az-a istinadən bildirir ki, gəncliyimizi qoruyan əsas məhsullar bunlardır:

Pomidor

Pomidor antioksidant maddələrlə olduqca zəngindir. Onların tərkibində olan "likopin" adlı maddə orqanizmi hüceyrə səviyyəsində qocalmaqdan qoruyur, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Həmçinin pomidor təbii antidepressantdır. Pomidor orqanizmdə serotonin hormonunun ifrazını artırır və nəticədə əhval-ruhiyyə və beyinin fəaliyyəti yaxşılaşır.

Pomidor mübadilə proseslərini tənzimləyir, bədən çəkisini normada saxlamağa kömək edir.

Kətan yağı

Kətan yağı dərini cavanlaşdırır, saçların vəziyyətini yaxşılaşdırır.

Qadınlarda süd vəzi xərçənginin riskini və klimaksın xoşagəlməz simptomlarını azaldır.

Kahı

Görməni yaxşılaşdırır, immuniteti və sümükləri möhkəmləndirir.

Forel və siyənək balıqları

Ürəyi və beyini ziyanlı təsirlərdən qoruyur. Mətbəxi balıq xörəkləri ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəliklərinə daha az təsadüf edilir.

Xəbər lenti
0