Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Piyadanı vurub qaçan sürücü ələ keçdi

© Sputnik / Anar MustafaevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
İş üzrə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib

BAKI, 31 avq — Sputnik. Tərtər rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində, rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Avtobus qəzası - Sputnik Azərbaycan
HADİSƏ
Yol polisi qəzaların artma səbəblərinə aydınlıq gətirdi

Bildirilir ki, avqustun 27-də saat 23 radələrində Tərtər şəhəri, E.Səfərov küçəsində naməlum sürücü yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə yolu keçən piyada — 1928-ci il təvəllüdlü Fərman İbrahimovu vuraraq hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin "Mercedes-Benz" markalı, 90-PD-279 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Tərtər rayonunun Sarıcallı kənd sakini, 1979-cu il təvəllüdlü Elçin Abdullayev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

E. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0