BAKI, 31 avq — Sputnik. Türkiyə DİN rəhbəri Əfqan Ala istefa verib.
Sputnik-in “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.
Onun sözlərinə görə, daxili işlər naziri vəzifəsinə Əmək və Sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Süleyman Soylunun yerinə isə AKP sədrinin müavini Mehmet Müezzinoğlu təyin edilib.
İstefanın səbəbləri açıqlanmır.