Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

ABŞ-da Ankaraya yönəlik təhlükəli ssenari

Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları
Suriya Demokratik Birlik Partiyasının (kürdcə: PYD - Partiya Yekıtiya Demokrat) silahlıları - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Vaşinqton Türkiyə və İranı parçalamaq üçün kürdlərdən istifadə edəcək. Artıq İraqda bu ssenari reallaşıb"

BAKI, 31 avq — Sputnik. Rəsmi Ankara, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını tənqid edən ABŞ hökumətinə sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin müşaviri Firidun Sinirlioğlu, Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassı nazirliyə çağıraraq Türkiyə adından ABŞ-a xəbərdarlıq edib.

© Photo : STRTürkiyəli politoloq Ömər Dinçər
Türkiyəli politoloq Ömər Dinçər - Sputnik Azərbaycan
Türkiyəli politoloq Ömər Dinçər

Türkiyə XİN-in bəyanatında deyilir: "Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Fərat çayından şərqə doğru çəkilməsini gözləyirik".

Qeyd edək ki, Ağ Ev rəhbərliyi son iki gün ərzində verdiyi açıqlamalarda, türk ordusunun İŞİD-dən savayı kürd silahlı birləşmələri olan YPG-PYD-ni də hədəf seçdiyini, bunun qəbuledilməz olduğunu bildirib. Öz növbəsində rəsmi Ankara, İŞİD-lə PYD arasında fərq görmədiklərini, Suriya ilə sərhəddəki bütün terrorçuların təmizlənəcəyini açıqlayıb.

Mövzunu Sputnik üçün şərh edən türkiyəli politoloq Ömər Dinçər, YPG-PYD Fərat çayının şərqinə çəkilmədikcə, türk ordusunun onları vurmağa davam edəcəyini bildirib: "Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlara başlamadan öncə ABŞ Ankaranı əmin etmişdi ki, PYD yaraqlıları Fərat çayının şərqinə çəkiləcək. Lakin verilən sözlər tutulmadı".

Kürd silahlılar hələ də Cerablusun cənubunda, Menbiçdə qalmağa davam edirlər. Bu isə Türkiyəni ciddi narahat edir. Düşünürəm ki, hərbi əməliyyatlar PYD şərqə doğru çəkilmədən bitməyəcək", — politoloq qeyd edib.

Dinçər, Amerika Birləşmiş Ştatlarının PYD-YPG-ni qorumaqla tarixi xəta elədiyini, bunun gələcəkdə iki ölkə münasibətlərinə ciddi xələl gətirə biləcəyini əlavə edib: "21-ci əsr siyasəti əvvəlki əsrlərdən fərqli olaraq, xalqların nəbzi ilə ölçülür. İndi internet əsridir və adi insanlar hər şeydən xəbərdardır. Hazırda bütün türk xalqı görür ki, ABŞ Türkiyənin terrorçu hesab etdiyi PKK-nın qolu PYD və YPG-ni necə canfəşanlıqla dəstəkləyir. Bu, gələcək əlaqələrdə özünü mütləq göstərəcək".

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Türkiyə-ABŞ gərginliyini Sputnik-ə dəyərləndirən politoloq İlqar Vəlizadə, tərəflərin Yaxın Şərqlə bağlı siyasətlərinin üst-üstə düşmədiyini bildirib: "ABŞ-Türkiyə münasibətlərinin kürd məsələsində gərginləşməsi gözlənilən idi. Bu onu deməyə əsas verir ki, tərəflərin Yaxın Şərq ilə bağlı siyasətləri üst-üstə düşmür. Və hazırki ziddiyyətlər daha da dərinləşə bilər".

"Güman edirəm ki, Amerika kürd siyasi qruplara dəstəyini davam etdirəcək. Çünki kürdlər Vaşinqtonun bölgədəki planlarında ən əsas oyunçulardır", — siyasi şərhçi bildirib.

İ. Vəlizadə hesab edir ki, Ağ Ev Yaxın Şərqdə yerləşən ölkələrə, onların siyasi hakimiyyətlərinə kürdlərdən təzyiq vasitəsi kimi istifadə edir: "Bu hal, bölgədəki ölkələrin dövlətçiliyinə böyük risklər yaradır. Artıq İraqda bu ssenari reallaşıb. Buna bənzər siyasəti Suriyada gerçəkləşdirmək niyyəti var. Növbədə isə Türkiyə və İran dayanır".

Xəbər lenti
0