BAKI, 31 avq — Sputnik. İtaliyanın mərkəzi hissəsində 4,1 bal gücündə növbəti dəfə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Norça şəhərindən (Umbriya vilayəti) 7 km. şimal-şərqdə qeydə alınıb. Zəlzələnin dərinliyi 6,6 km. təşkil edib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.