Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda tarixi eksponat oğurlanıb

© Sputnik / Murad OrujovYanardağ qoruğu
Yanardağ qoruğu - Sputnik Azərbaycan
Abunə olmaq
Təbiət qoruğuna daxil olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKI, 30 avq — Sputnik. Abşeron rayonunda oğurluq olub. "Report"un xəbərinə görə, hadisə Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb.

Belə ki, həmin təbiət qoruğuna daxil olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq ve qədim məscid, "Qotur su" bulağı, "Əli daşı", Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

Xəbər lenti
0