Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bank sistemi də "hərbi rejimə" keçdi

© Photo : ytimg.comRus ordusu
Rus ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
RF silahlı qüvvələrinin hərbi hazırlıqla bağlı səfərbərlik tədbirlərinə maliyyə, iqtisadi inkişaf nazirlikləri və hətta dövlət bankının əməkdaşları da cəlb olunub

Rusiyada bank sistemi də "hərbi rejimə" keçdi
BAKI, 30 avq — Sputnik. İcra hakimiyyətinin federal orqanları və müəssisələri fəaliyyətlərini "müharibə dövrünün" tələblərinə uyğun quracaqlar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin informasiya və kütləvi informasiya vasitələri departamenti məlumat yayıb.
Moskva - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın siyasi elitasında ciddi kadr dəyişiklikləri

"Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi hazırlıqla bağlı səfərbərlik tədbirlərinə silahlı qüvvələrin strukturları ilə yanaşı, maliyyə, iqtisadi inkişaf nazirlikləri və hətta dövlət bankının əməkdaşları da cəlb olunub", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bölgələrdəki icra strukturları da öz işlərini təlimlərə uyğun qurmalıdır. Hərbi idarənin məlumatına görə, yoxlanış tədbirlərində vətəndaşların səfərbərliyə hazırlıq səviyyəsi yoxlanılacaq, Cənub və Mərkəzi hərbi dairələrinin, habelə Şimal donanmasının müdafiə potensialı nəzərdən keçiriləcək.

Mərkəzi Bank ilk dəfə olaraq səhra əməliyyatları gedişində əsas dislokasiya mərkəzindən uzaq düşmüş hissələrin maliyyə təminatı ilə məşğul olacaq. Bank mütəxəssisləri səhra əməliyyatlarına cəlb olunmuş hərbçilər və mülki şəxslər üçün bilavasitə hesablar açacaqlar. Burada məqsəd ordunun maliyyə təminatının istənilən halda yüksək səviyyədə saxlanılması prosedurlarının təkmilləşdirilməsidir.

Müdafiə Nazirliyi xəbər verir ki, Rusiyanın cənubundakı təlimlər gedişində silah-sursatın təmiri və xüsusi texnikanın çatdırılması imkanları da yoxlanılacaq.

Rusiya ordusunda gözlənilməz yoxlamalar keçən həftənin cümə axşamından başlayıb və avqustun 31-nə kimi davam etdiriləcək. Təlimlər gedişində Cənub ordusu, Qərb və Mərkəzi dairələrinin qüvvələri, Şimal donanması, Hərbi kosmik qüvvələr, həmçinin hava desantı ordusu yüksək səviyyədə döyüş hazırlığı həddinə gətirilib.

Xəbər lenti
0