Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın siyasi elitasında ciddi kadr dəyişiklikləri

Moskva
Moskva - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Dumasının və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərinin dəyişəcəyi gözlənilir

Rusiyanın siyasi elitasında ciddi kadr dəyişiklikləri
BAKI, 24 avq — Sputnik. Kreml administrasiyasının birinci müavini Vyaçeslav Volodinin sentyabr seçkilərindən sonra Dövlət Dumasının rəhbərliyinə gətiriləcəyi gözlənilir. İndiki spiker Sergey Narışkin isə Xarici Kəşfiyyat Xidmətinin direkoru olacaq. Bu barədə öz mənbəsinə istinadən "Kommersant" yazıb.
Vladimir Putinin Sergey İvanov və Anton Vayno ilə görüşü. Moskva, Kreml, 12 avqust 2016-cı il - Sputnik Azərbaycan
RUSİYA
Rusiya prezidenti administrasiyasının rəhbəri dəyişdi

Volodin və Narışkin sentyabrın 18-də baş tutacaq Duma seçkilərinə "Vahid Rusiya" ("Yedinoy Rossii") partiyasının siyahısı əsasında gedirlər. "Mənbənini sözlərinə görə, Vyaçeslav Volodinin Dumaya göndərilməsi məsələsinə yüksək səviyyədə baxılıb", — "Kommersant" yazır.

Nəşrin qənaəti belədir: "Bu təyinat reallaşdıqdan sonra spiker Sergey Narışkin işsiz qalmayacaq, onun hələ prezident admistrasiyasının rəhbəri işlədiyi illərdə (2008-2011) xarici kəşfiyyat xidmətinin rəhbəri olmaq şansı vardı. İndi bu şans daha da artıb".

Narışkinin kəşfiyyat orqanının rəhbərliyinə gətirliməsi məsələsini onun yaxın ətrafından da təsdiqləyiblər. Onların sözlərinə görə, Narışkin Xarici Kəşfiyyat Xidmətinə həmişə hörmətlə yanaşıb və bu sahədə özünü yad hiss eləmir.

Rusiya xarici kəşfiyyatına 2007-ci ildən Mixail Fradkov rəhbərlik edir. Volodin isə Kreml administrasiyası rəhbərinin müavini vəzifəsində 2011-ci ildən çalışır. O, bu vaxta kimi bir ilə yaxın Baş nazirin müavini olub. Hökümətdə təmsil olunmamışdan əvvəl isə Volodin beşinci çağırış Dumanın vitse-spikeri olub.

Narışkin isə altıncı çağırış dövlət dumasına spikerlik edir. O vaxta kimi isə prezident administrasiyasına rəhbərlik edib (2008-2011) və Baş nazirin müavini (2004-2008) vəzifəsində çalışıb.

Az öncə kadrların yerdəyişməsi Kreml administrasiyasında da baş tutub: Administrasiya rəhbəri Sergey İvanov prezidentdən onu başqa işə keçirməyi və yerinə müavini Anton Vaynonu təyin etməyi xahiş edib. Vladimir Putin hər iki şəxsin təyinatı ilə bağlı sərəncam imzalayıb və onlara yenə işlərində uğurlar arzulayıb.

İvanov 2011-ci ildə administrasiya rəhbəri təyin olunub. O, bundan sonra Rusiya Prezidentinin ətraf mühit, ekologiya və nəqliyyat üzrə xüsusi təmsilçisi statusunda çalışacaq.

Xəbər lenti
0