SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Yaponya münasibətləri müzakirə olunub

Abunə olmaq
Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini Motome Takisava ilə görüşüb

BAKI, 30 avq — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini Motome Takisavanı qəbul edib. XİN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olundu və əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların və siyasi iradənin mövcud olduğu vurğulandı.

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Nazir Elmar Məmmədyarov Yapon şirkətlərinin müxtəlif sahələr üzrə ölkəmizdəki uğurlu fəaliyyətindən və əməkdaşlığın genişləndirilməsi üçün yaradılan imkanlarından söz açdı. E.Məmmədyarov Motome Takisavanın bu səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycanla Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətarfında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında Yaponiya vətəndaşlarına viza rəsmiləşdirilməsi məsələsi görüşdə məmnunluqla qeyd edildi. Həmçinin, diplomatik və xidməti pasporta malik olan şəxslərin vizalardan azad olunması haqqında Sazişin imzalanması istiqamətində səylərin artırılmasının vacibliyi bildirildi.

Motome Takisava ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət verdiyini vurğuladı və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə Azərbaycanın Yaponiyaya verdiyi dəstəyi yüksək qiymətləndirdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti
0