"Azadlıq" qəzetinin nəşri dayandırıldı

© Photo : PUBLIC DOMAINAzadlıq qəzeti
Azadlıq qəzeti - Sputnik Azərbaycan
Abunə olmaq
Rahim Hacıyev: "Azadlıq" qəzetinin bundan sonrakı nəşri maliyyə çətinlikləri ucbatından böyük sual altındadır.

BAKI, 29 avq-Sputnik. Bu gündən etibarən "Azadlıq" qəzetinin nəşri dayandırılıb.

Qəzetin baş redaktorunun 1-ci müavini Rahim Hacıyevin Sputnik-ə verdiyi məlumata görə, buna səbəb maliyyə problemlərinin ağırlaşmasıdır.

«Bizim "Azərbaycan" nəşriyyatına borcumuz var. "Azadlıq" qəzetinin bundan sonrakı nəşri maliyyə çətinlikləri ucbatından böyük sual altındadır" — deyə Rahim Hacıyev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl "Azadlıq" qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli maşınında Türkiyədə qadağan olunmuş "Hizmet" hərəkatının lideri Fətullah Gülənin kitabları olması səbəbindən saxlanılaraq istintaqa cəlb olunub. O, "Hizmet" hərəkatının imamı olmaqda təqsirli bilinir.

Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Xəbər lenti
0