BAKI, 29 avq-Sputnik. Ölkəmizdə siqaret bahalaşıb. Bir sıra siqaretlərin qiymətlərində 20-40 qəpik civarında artım müşahidə edilir.
Satış məntəqələrində bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.
Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Sputnik lent.az-a istinadla xəbər verir ki, qiymət artımının qeydə alındığı siqaret markaları aşağıdakılardır:
— "LD" (nazik qutu) — 2.60 AZN (əvvəlki satış qiyməti — 2.30 AZN)
— "LD" (qalın qutu) — 2.30 AZN (2.00 AZN)
— "LD" (göy qutu) — 1.70 AZN (1.50 AZN)
— "LD" (ağ qutu) — 1.60 AZN (1.40 AZN)
— "Winchester" (compact) — 1.50 AZN (1.30 AZN)
— "Winchester" (qalın qutu) — 1.40 AZN (1.20 AZN)
— "More" — 1.20 AZN (1.00 AZN)
— "Yava" — 1.20 AZN (1.00 AZN)
— "Viceroy" (compact) — 1.50 AZN (1.30 AZN)
— "Viceroy" (nazik qutu) — 2.30 AZN (2.00 AZN)
— "Rothmans" (compact) — 2.30 AZN (2.00 AZN)
— "Rothmans" (nazik qutu) — 2.60 AZN (2.30 AZN)
— "West" (qalın qutu) — 1.50 AZN (1.30 AZN)
— "West" (compact) — 1.70 AZN (1.50 AZN)
— "Classic" (compact) — 1.50 AZN (1.30 AZN)
— "Classic" (uzun) — 1.60 AZN (1.40 AZN)
— "Classic" (qalın qutu) — 1.40 AZN (1.20 AZN)
— "Prima" — 1.20 AZN (1.00 AZN)
— "P&S" — 2.30 AZN (2.00 AZN)
— "West" (nazik qutu) — 2.60 AZN (2.30 AZN)