Hələ Cerablus şəhəri azad edilməmişdən əvvəl orada müxalifətyönümlü Azad Suriya Ordusunun mövqelərini gücləndirməklə yanaşı şəhər ətrafından kürd birləşmələrinin təmizlənəcəyi də gözlənilən idi.
"Suriya ordusu Cerablusda möhkəmlənməklə bölgənin digər istiqamətlərinə də nəzarət edə bilir. Amma bununla yanaşı Cerablus ətrafı bütün kürd yaraqlılarından təmizlənməlidir", — bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım səsləndirib.
Türkiyə beynəlxalq koalissiyanın aviasiyasının köməkliyi ilə avqustun 23-də Cerablusun İŞİD-dən azad edilməsi üçün quru əməliyyatlarına başlayıb. Türk ordusu qarşısına qoyduğu məqsədə çataraq ərazini terror birləşmələrindən təmizləyə bilib.
Baş nazir Binəli Yıldırım bəyan edib ki, hərbi əməliyyatların məqsədi Türkiyə sərhədləri boyunca təhlükəsiz zona yaradılması, habelə, Ankaranın terrorçu birləşmə adlandırdığı və PKK ilə əlaqələrdə ittiham etdiyi kürd yaraqlılarından ərazinin təmizlənməsi olub. Dəməşq isə əməliyyatları onun suveren hüquqlarının pozulması kimi dəyərləndirib.
Bundan əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi ki, kürd yaraqlıları ərazini tərk edərək qərbə tərəf geri çəkilməlidirlər. Ankarada səfərdə olan zaman Amerikanın vitse-prezidenti Cozef Bayden bəyan etmişdi ki, Türkiyə hakimiyyətinin tələblərini yerinə yetirməyən kürdləri dəstəkləməyəcəklər.
Beynəlxalq ictimaiyyət Türkiyənin Suriyadakı addımlarını qınamalı və ikinçi Şimali Kiprin yaranmasına imkan verməməlidir. Bu fikirlər Suriya Kürdüstanının Moskvadakı təmsilçiyinin RİA Novosti-yə göndərdiyi bəyənatında yer alıb.
Təmsilçilik iddia edir ki, əsas tərkibi kürdlərdən ibarət olan Suriya demokratik qüvvələri adlanan birləşmə Manbic şəhərini azad etdikdən sonra Türkiyə bunun əvəzini çıxmaq üçün əməliyyatlara başlayıb.
Ankaranın Fərat çayının qərbinə tərəf geri çəkilmək tələbinə baxmayaraq, kürd yaraqlıları Cerablus istiqamətində bir neçə kəndi nəzarətə götürə biliblər. Kürd birləşmələrinin irəliləməsini istəməyən Ankara məqsədinə çatana kimi əməliyyatları davam etdirməkdə israrlıdır.