BAKI, 29 avq — Sputnik. Çexiya bu il Avropa Birliyi və rəsmi Ankara arasında əldə edilən razılaşmaya əsasən Türkiyədəki qaçqın düşərgələrindən 80 qaçqını qəbul etməli olsa da, bu addımı atmır.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu bu gün Çexiya daxili işlər naziri Milan Hovanets açıqlayıb.
Hovanets deyib ki, bunun səbəbi Çexiya xüsusi xidmət orqanlarının miqrantları hərtərəfli yoxlaması ilə əlaqədardır: “Bu isə az vaxt tələb etmir. Yəqin ki, təhlükəsizlik nöqteyi-nəzərindən qaçqınların dərindən yoxlanılması prosesi ilin sonuna qədər başa çatmayacaq. Ona görə də ehtimal etmək olmaz ki, ilin sonuna qədər Çexiya hər hansı miqrantı qəbul edəcək. Avropa Birliyi və Türkiyə arasındakı razılaşmaya əsasən Çexiya 3 il ərzində 3 minə qədər qaçqın qəbul etməlidir”.
Çexiya daxili işlər naziri Almaniyanın nəzarətsiz qeyri-leqal miqrantları qəbul etməsini “fəlakətli” adlandırıb və bu halın Çexiyada baş verməyəcəyini vurğulayıb: “Miqrantlar bildir ki, Çexiyada Avropa qanunları hökm sürür və onlar qanunsuz sərhədi keçsələr, dərhal həbsxanaya düşəcəklər”.