BAKI, 28 avq-Sputnik. Zimbabvenin "Rio-2016" Olimpiya Oyunlarında iştirak edən komandasının bütün üzvləri həbs edilib.
Sputnik-in məlumatına görə, Zimbabve prezidenti Robert Muqabenin əmrinə əsasən 31 idmançı həbs edilib.
R. Muqabenin qəzəblənməsinin səbəbi isə idmançıların "Rio-2016" Olimpiya Oyunlarında heç bir medal qazana bilməmələri olub.
Zimbabve prezidenti deyib ki, onlar atlet deyil, siçandırlar: "Əgər qonşu Botsvana idmançıları kimi 4-cü, 5-ci yeri belə tuta bilmirsinizsə, pulumuzu boş yerə xərcləmisiniz. İdmançılara sərf edilən pula məktəb tikmək, yaxud əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi. Həmin idmançılar onlara xərclənən pulları geri qaytaracaqlar. Belə çıxır ki, hökumət onlara Braziliyanı turist kimi gəzmək üçün kredit ayırıb. Hər halda, o idmançılar bundan başqa heç nəyə yaramadılar. Bu proses 10 il də davam etsə belə, o idmançılar xərclənmiş pulu geri qaytaracaqlar".
Zimbabve atletlərinin ən yaxşı nəticəsi 8-ci yer olub.
Muqabe 1980-ci ildən faktiki olaraq Zimbabveyə rəhbərlik edir. 1987-ci ildə Konstitusiyanı dəyişərək özünü prezident elan edib.