Türkiyə Almaniyaya ultimatum verdi

© AFP 2024İncirlik aviabazası
İncirlik aviabazası - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə almaniyalı deputatların "İncirlik" aviabazasına gözlənilən səfərilə bağlı Almaniya hökumətinə ultimatum verib.

BAKI, 28 avq-Sputnik. Türkiyə almaniyalı deputatların "İncirlik" aviabazasına gözlənilən səfərilə bağlı Almaniya hökumətinə ultimatum verib.

APA-nın xəbərinə görə, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Məlumata görə, Ankara iyun ayından etibarən almaniyalı deputatlardan ibarət nümayəndə heyətinin aviabazaya səfər etməsinə icazə vermir. Qeyd edək İŞİD-ə qarşı mübarizə aparan bundesver qüvvələri "İncirlik" bazasında yerləşdirilib.

İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Almanlara İncirlik şoku
"Der Spiegel" qeyd edir ki, Türkiyə tərəfi Almaniya hökumətinin Bundestaqın qəbul etdiyi uydurma "erməni soyqırımı"nın tanınması barədə qətnaməsindən uzaq duracağı təqdirdə, nümayəndə heyətinə "İncirlik" bazasına səfər etməsinə icazə verəcək.

"Biz Bundestaqın bu cür qərar qəbul etməsi faktı ilə yaşaya bilərik. Lakin Almaniya hökuməti qətnamədəki soyqırımı termininin hüquqi mənasının olmamasına dair rəsmi açıqlama verməlidir", — deyə adı çəkilməyən yüksəkvəzifəli türkiyəli diplomat bildirib.

Nəşr qeyd edir ki, Almaniya XİN-i hazırda tələsik bütün tərəfləri qane edə biləcək qərar tapmağa çalışır.

Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Mixael Rot bu həftə Türkiyəyə etdiyi səfəri zamanı çıxışında bildirib ki, Bundestaqın qətnaməsində 1915-ci il hadisələri ilə bağlı Almaniyanın məsuliyyət daşıması ifadəsi əks olunub. O qeyd edib ki, sənəd heç də Türkiyənin hazırkı hakimiyyətinə qarşı yönəlməyib, söhbət almanların günahkar olmasını qəbul etməsindən gedir.

"Der Spiegel" bu cür jestlərin Ankara üçün qeyri-qənaətbəxş olduğunu qeyd edir: "Ankara Almaniya hökumətindən müvafiq bəyanatı ən yüksək səviyyədə — kansler və ya XİN rəhbəri səviyyəsində səsləndirməsini tələb edir".

Xəbər lenti
0