BAKI, 26 avq — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova “Respublika” təşviqat qrupunun 3604 imzasının etibarsız sayıldığını bildirib. Beləlilklə, qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət sayılmayıb.
MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.