İlham Mustafa, Sputnik Azərbaycan
Daşkəsəndə güclü qasırğa baş verib.
Güclü yağışla müşahidə olunan qasırğa zamanı elektrik naqilləri sıradan çıxıb, bəzi binaların dam örtükləri dağılıb, avtomobillərin hərəkəti məhdudlaşıb.
© Sputnik / İlham MustafaHadisə nəticəsində bəzi binaların dam örtükləri dağılıb, avtomobillərin hərəkəti məhdudlaşıb
Hadisə nəticəsində bəzi binaların dam örtükləri dağılıb, avtomobillərin hərəkəti məhdudlaşıb
© Sputnik / İlham Mustafa
Məlumata görə, axşam saatlarında rayonda güclü leysan yağışla müşahidə olunan qasırğa baş verib. Nəticədə elektrik naqilləri sıradan çıxıb, bəzi yaşayış evlərinin, binaların dam örtüyü dağılıb. Şəhərdə elektrik enerjisinin verilişi dayandırılıb. Qasırğa səbəbindən avtomobillərin hərəkəti də məhdudlaşıb.
Qasırğa nəticəsində rayona nə qədər ziyan dəyməsi barədə isə hələlik dəqiq məlumat yoxdur.