BAKI, 26 avq — Sputnik. İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 278 nəfərə çatıb.
Bu barədə RİA Novosti xəbər verir.
Təbii fəlakət nəticəsində 387 nəfər xəsarət alıb.
Dağıdıcı zəlzələdən sonra İtaliyanın mərkəzində yeraltı təkanlar davam etməkdədir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.