İki qitəni birləşdirən Yavuz Sultan Səlim körpüsü açıldı

© REUTERS / Murad SezerYavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il
Yavuz Sultan Səlim körpüsünün açılış mərasimi. İstanbul, 26 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən "Asma körpü"nün açılışı mərasimi keçirilib.

BAKI, 26 avq-Sputnik. Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən "Asma körpü"nün açılışı mərasimi keçirilib.

Bu körpü Osmanlı xanədanının ən nüfuzlu sultanlarından biri olan Yavuz Sultan Səlimin adı ilə adlandırılıb.

Sputnik-in məlumatına görə, dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, baş nazir Binəli Yıldırım, 11-ci prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin bəzi xarici ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri qatılıblar.

Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edib.

Mərasimdə Türkiyənin baş naziri Binəli Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman, 11-ci prezident Abdulla Gül çıxış edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində çıxış edib. O bildirib ki, avqustun 31-dək körpüdən istifadə pulsuz olacaq.

Çıxışlardan sonra körpünün rəsmi açılışı olub.
Açılış mərasiminə dəvət olunan yerli və xarici qonaqlar səhnəyə dəvət olunaraq rəmzi açılışı bildirən lent kəsilib.

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb.
IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü"sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.

Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.
Ekspertlər "Asma körpü"nün İstanbul tıxacını azaldacağı düşünürlər.

Qeyd edək ki, indiyədək İstanbulda iki "Asma körpü" fəaliyyət göstərirdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yavuz Sultan Səlim körpüsünün açılışından əvvəl Yavuz Səlim xanın məzarını ziyarət edib.

Xəbər lenti
0