Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yaşar Nuri ilə bağlı sürpriz video ortaya çıxıb

© Photo : TRENDYaşar Nuri. Arxiv şəkli
Yaşar Nuri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın mərhum xalq artisti Yaşar Nurinin rol aldığı sonuncu tamaşanın çəkilişi tapılıb və ailəsinə təhvil verilib.

BAKI, 26 avq-Sputnik. Azərbaycanın mərhum xalq artisti Yaşar Nurinin rol aldığı sonuncu tamaşanın çəkilişi tapılıb və ailəsinə təhvil verilib.

Sputnik-in məlumatına görə, bunu "Report"a açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

Onun sözlərinə görə, Y.Nurinin Musiqili Teatrın səhnəsində ilk və son dəfə ifa etdiyi "Ər və arvad" musiqili komediyasının premyerasını həmin dövrdə televiziyalar çəkməyib:

"Ona görə də tamaşanın çəkilişini əldə edə bilmədik. Amma həmin tamaşanı bir nəfər həvəskar çəkib. O, çəkilişin diskini bu yaxınlarda Musiqili Teatra təhvil verib. Teatr rəhbərliyi həmin diski mənə təqdim edib. Həvəskar çəkiliş olduğu üçün səs keyfiyyətsizdir. Amma təmizlənə bilər. İndi bu işlə məşğul oluram".

Sentyabrın 3-də xalq artistinin 65 yaşının tamam olacağını qeyd edən R.Nuriyeva bildirib ki, bu münasibətlə ailəsi aktyorun məzarını ziyarət edəcək: "Yaşarın 65 yaşı tamam olacaq. Doğum günündə onun məzarını kimlərin ziyarət edəcəyini deyə bilmərəm, bu barədə məlumatım yoxdur. Amma ailə üzvləri olaraq, mən və qızlarım Yaşarın məzarı üstünə gedəcəyik, 65 illik yubileyini təbrik edəcəyik. Televiziyalar Yaşarla bağlı yubiley verilişləri təqdim edəcək".

Xatırladaq ki, Y.Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

Xəbər lenti
0