BAKI, 26 avq-Sputnik. Koreya Respublikasında "Shinslab Architecture" memarlıq şirkətinin layihəsi ilə tikilən müasir incəsənət pavilyonu Seulun mərkəzində yerləşir.
"Arxinovosti" saytının məlumatına görə, pavilyonun inşasında təkrar emal edilmiş materiallardan istifadə olunub. Layihə müəlliflərinin əsas məqsədlərindən biri də işlənmiş materiallara yeni həyat vermək olub.
Beləliklə də, üstdən baxanda köhnə gəmini xatırladan pavilyona insanlara xidmət etmək üçün daha bir şans verilib.
Pavilyon Seulun mərkəzində payızadək qalacaq.