CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kişi öz arvadının çılpaq şəkillərini qohumlarına göstərib

© Flickr / Lilium ElevenМолодая женщина. Архивное фото
Молодая женщина. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın ərinə özünün bir neçə çılpaq şəklini göndərib və düşünüb ki, bu, ərinin ona sədaqətli olmasına kömək edəcək.

BAKI, 26 avq — Sputnik. Bakıda bir kişi az qala öz arvadını intihara sürükləyib. Hətta indiyə qədər çox şeyin şahidi olmuş hüquq-mühafizə orqanların nümayəndələri etiraf ediblər ki, ilk dəfə kişinin öz arvadını onun çılpaq şəkillərini yayacağı ilə bağlı hədələməsi kimi bir situasiya ilə qarşılaşıblar.

Hazırda Bakının Nizami rayon prokurorluğu bu faktla bağlı araşdırma aparır. Rayon prokurorluğundan Sputnik-ə verilən açıqlamaya görə, Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C polisə müraciət edib. O bildirib ki, onun əslən Qəbələ rayonundan olan, hazırda Abşeron qəsəbəsinin Müşfiqabad qəsəbəsində yaşayan əri (artıq keçmiş əri) F.B. qadını onun şəkillərini sosial şəbəkədə yayacağı ilə bağlı şantaj edir.

Qadın polisə əlacsızlıqdan müraciət etdiyini, əgər belə bir şey olarsa, bu biabırçılığa dözə bilməyəcəyini və özünü öldürəcəyini bildirib.
Hər şey oradan başlayıb ki, qadının əri işləmək üçün Rusiyaya gedib. O, oradan arvadına SMS-lə bu məzmunda məktub göndərib:

"Əgər sən istəmirsənsə ki, mən sənə xəyanət eləyim, mənə özünün çılpaq şəkillərini göndər".

Qadın uşağının atasının sözünə inanaraq düşünüb ki, bu, ərinin ona sədaqətini qorumasına kömək edəcək və özünün bir neçə şəklini ona göndərib.

Bir müddətdən sonra qadın eşidib ki, əri onun çılpaq şəkillərini özünün bütün tanış və qohumlarına göstərir. Bunu biləndən sonra qadın bu alçaq ərlə boşanmaq üçün məhkəməyə ərizə yazıb.

Amma kişi sakitləşməyib. Artıq əri onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyir.

Xəbər lenti
0