BAKI, 26 avq — Sputnik. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 50,72 dollar/barel təşkil edib ki, bu da avqustun 24-nə olan göstəricidən 0,91 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də də 50,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 25-də 46,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti avqustun 25-də 49,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.