Şumer və Misir əlyazmalarından daha qədim yazı tapıldı

© Photo : PUBLIC DOMAINBolqarıstanın Riben kəndində tapılmış 7 min il yaşa malik yazılı lövhə
Bolqarıstanın Riben kəndində tapılmış 7 min il yaşa malik yazılı lövhə - Sputnik Azərbaycan
Abunə olmaq
Bolqarıstanda arxeoloqlar 7 min il yaşa malik yazılı lövhə aşkarlayıblar.

BAKI, 26 avq-Sputnik. Bolqarıstanda arxeoloqlarından ibarət komanda ölkənin Riben kəndi ərazisində Şumer və Misir əlyazmalarından daha qədim tarixi olan 7 min il yaşa malik yazılı lövhə tapıblar.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, tapılan gil lövhənin üzərində piktoqramlar və qrafik işarələr həkk olunub.

Arxeoloqlar bunların yazının təməl bazasını təşkil etdiyini bildiriblər. Tarixi lövhə sentyabrın sonunda Pleven muzeyində təşkil ediləcək xüsusi sərgidə təqdim olunacaq.

Xəbər lenti
0