BAKI, 26 avq — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin başlatdığı hərbi əməliyyat nəticəsində Cerablusun İŞİD-dən geri alınmasının terror təşkilata ciddi zərbə vurduğunu deyib.
Sputnik Haberler.com-a istinadən xəbər verir ki, Pentaqon sözçüsü Peter Kuk jurnalistlərə bildirib ki, "Fırat Kalkanı" əməliyyatında iştirak edən suriyalı müxaliflər, koalisiyanın da dəstəyi ilə Cerablusa nəzarəti ələ keçiriblər: "Şəhər İŞİD silahlılarından təmizlənib".
Kuk PYD/YPG qüvvələrinin Fəratın şərqinə çəkilib-çəkilmədiyinə dair sual qarşısında isə deyib ki, PYD gözənildiyi kimi Fərat çayının şərq tərəfinə qayıdıb.