Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir az canlı "oynayın"

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidRusiya Dövlət Duması
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Mərkəzi Seçki Komissiyası və ekspertlər parlament seçkiləri ərəfəsində televiziya debatlarında intriqa və kəskin tənqid çatışmazlığından narazıdırlar

Bir az canlı "oynayın"
BAKI, 26 avq — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası (MSK) regional strukturlarının iştirakı ilə, yaxınlaşan parlament seçkilərinə seçici marağını artırmaq üçün müzakirələr aparır. Bu barədə Rusiya MSK-nın sədri Ella Pamfilova məlumat verib.
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Dumasına seçkilərdə 22 partiya iştirak edəcək

"Seçici fəallığını artırmaq üçün addımlar atmağı planlaşdırırıq. Elə şüarlar seçilməlidir ki, hamı səsvemədə iştirakda maraqlı olsun", — Pamfilova deyib.

Onun fikrincə, bunun üçün Moskva da daxil olmaqla, yerli strukturlardan kifayət qədər tərkliflər var. MSK sədrinin sözlərinə görə, elə etmək lazımdır ki, insanlar səsverməyə gəlməyə həvəslənsinlər.

Pamfilovaya görə, sentyabrın 6-dan 20-nə kimi komissiyanın pulsuz "qaynar xətt"i fasiləsiz rejimdə işləyəcək. Avqust ayı ərzində isə "qaynar xətt"ə 440 vətəndaş müraciət edib ki, onların da əksəriyyəti prosedurlarla bağlı suallarına cavab axtaran seçicilər olub. Bununla yanaşı, namizədlərin təşviqat zamanı hüquqlarının pozulması ilə bağlı da şikayətlər olub ki, komissiya onları adiyyatı qurumlara yönləndirib.

"Rusiyada seçkiqabağı debatlarda intriqa və kəskin tənqid çatışmır, hazırda mövcud olan sistemi daha müasir tələblər səviyyəsinə qaldırmaq üçün islahatlara ehtiyac var. Ancaq televiziyalar və tamaşaçılar üçün maraqlı olacaq debatların təşkilində, problemləri hazırda federal seçki kampaniyasının gedişində yox, gələcəkdə mütləq dəyişmək lazımdır".

Bu fikirləri RİA Novosti-nin rəyini soruşduğu ekspertlər deyiblər. Mütəxəssislər hesab edirlər ki, seçicini cəlb etmək üçün indiki debatların əhəmiyyəti aşağıdır. Bu bir tərəfdən partiyaların seçki təbliğatını qızışdırmaqda maraqlı olmamasından irəli gəlirsə, digər tərəfdən mövcud debat formatının səmərəsizliyini göstərir.

"O debatlara ki, mən baxmışam, onlar çətin ki, seçicilərdə partiyalara qarşı simpatiya yaratsın", — Vətəndaş Cəmiyyətinin İnkişafı Fondunun sərdi Konstantin Kostin belə deyir.

Ekspertin fikrincə, "hamı hamıya qarşı" metodu ilə və püşk atmaqla opponentin müəyyənləşməsi sovet dövründən qalmış köhnəlmiş formadır, nə tamaşaçılar, nə də seçicilər üçün cəlbedici deyil.

Politiloq Qleb Kuznetsov isə, debatlarda namizədlərin bir-birilərinə açıq formada irad bildirməkdən çəkinmədikləri Amerika modelinin tərəfdarıdır: "Orada namizədlər bir-birilərinin şəxsiyyətini alçaltmadan, normal və səmimi ortamda dialoq qururlar. Belə ki, Tramp və Klintonun debatları kimi maraqlı müzakirələr bir daha olmayacaq".

Qeyd edək ki, yeddinci çağırış Dövlət Dumasına seçkilər, qarışıq sistemlə sentyabrın 18-də baş tutacaq. 225 deputat partiya siyahısı üzrə (proporsional sistemlə), 225 nəfəri isə birmandatlı dairələrdən (majoritar sistemlə) seçiləcək.

Xəbər lenti
0