Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dumasına seçkilərdə 22 partiya iştirak edəcək

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidRusiya Dövlət Duması
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan
Abunə olmaq
Yeddinci çağırış Dumaya seçkilər 18 sentyabr 2016-cı ildə keçiriləcək. Seçkilər qarışıq sistem üzrə baş tutacaq: 450 deputatdan 225-i partiya siyahılarından, 225-i isə birmandatlı dairələrdən seçiləcək.

BAKI, 14 iyul — Sputnik. Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirak etmək üçün 22 partiya öz siyahılarını Rusiya MSK-sına təqdim edib. Onlardan yalnız biri ancaq federal siyahı təqdim edib. Daha 3 partiya isə əksinə, öz namizədlərini yalnız birmandatlı seçki siyahısından irəli sürüb.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclisə təkrar seçkilərin nəticələri təsdiqləndi

Sputnik-in məlumatına görə, bu barədə Rusiya MSK-nın sədri Ella Pamfilova məlumat verib. "Biz iyulun 13-də sənədlərin qəbulunu başa çatdırdıq. 24 partiya öz qurultayını keçirərək seçkidə iştirak etmək niyyətlərini açıqlasa da, onlardan 22-si MSK-ya sənədlərini təqdim edib. Partiyalardan 3-ü federal siyahıya malik deyil, onların namizədləri ancaq birmandatlı dairələr üzrə seçkiyə qatılacaqlar. Bir partiya isə yalnız ümumfederal siyahı təqdim edib, dairələrdən namizədlər irəli sürməyib", — deyə Pamfilova MSK-nın bugünkü iclasında bildirib.

O xatırladıb ki, iki partiya — "Xeyirxah əməllər partiyası" və "Xalq korrupsiyaya qarşı" partiyaları seçkiqabağı qurultaylarını keçirsələr də, yekunda sənədlərini təqdim etməyiblər: "Cəhdlər edildi, iradlar bildirildi, onlara sənədləri düzəldib gətirmək üçün imkan verildi, amma onlar bu imkanı dəyərləndirmədilər".

Qanuna görə, MSK partiyaların siyahıları ilə bağlı sənədlərə onların daxil olduğu gündən etibarən 7 gün ərzində baxmalıdır. Bu mənada MSK iyulun 20-nə qədər partiya siyahılarından irəli sürülmüş hər bir namizədin sənədlərinə baxmalı, müvafiq qərar qəbul etməlidir. MSK artıq beş partiyanın (RLDP, RFKP, "Ədalətli Rusiya", "Rusiya kommunistləri" və "Böyük vətən") sənədlərinə baxıb.

Novbəti mərhələ siyahıların təsdiqidir. Artıq iyulun 4-dən MSK namizədlərin federal siyahılarının qeydiyyatı üçün sənədlərin qəbulunu açıq elan edib. Namizədlərinin siyahıları təsdiq edilmiş partiyaların bu gündən başlayaraq avqustun 3-ü, saat 18.00-a qədər lazımi sənədləri MSK-ya təqdim etmək imkanı var. Öz növbəsində partiyalar hər bir namizədin xüsusi seçki hesabını yaratmalı, onların gəlirləri, ölkə və xarici banklardakı hesabları barədə arayış təqdim etməlidir.

Barak Obama - Sputnik Azərbaycan
Obama prezident seçkilərində rəsmi olaraq Klintonu dəstəkləyib

Rusiyanın 14 partiyası parlament seçkilərində iştirak üçün seçici imzaları toplamamaq hüququna malikdir. Digər partiyalar və onların birmandatlı seçki dairələri üzrə namizədləri seçkidə iştirak üçün müəyyən olunmuş həddə imza toplamalıdır: 200 min imza partiyalar, namizədi olduqları dairənin seçicilərinin ümumi sayının 3%-dən az olmayaraq birmandatlılar.

VII çağırış Rusiya Dumasına seçkilər 18 sentyabr 2016-cı ildə keçiriləcək. Seçkilər qarışıq sistem üzrə keçiriləcək: 450 deputatdan 225-i partiya siyahılarından (proporsional sistem), 225-i isə birmandatlı dairələrdən (majoritar sistem) seçiləcək. Proporsional sistem üzrə Dumaya düşmək üçün partiyalar 5%-li baryeri keçməlidirlər, birmandatlı dairələr üzrə namizədlər isə ümumi səslərin ən çoxunu toplamalıdırlar.

1 yanvar 2016-cı ildə Rusiya Federasiyasında 109 820 679 seçici qeydiyyatdan keçib. Rusiyadan kənardakı və Baykonur şəhərindəki seçicilərlə birlikdə hazırda bu ölkənin seçici siyahılarında 111 724 534 adamın adı var.

Xəbər lenti
0