CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Öz gələcəyindən kəsib valideynlərinin bu gününə "calayan" uşaq

© Sputnik / Irade CELILVüsalın atası Yavər Abbasov, anası Xuraman xanım və özü
Vüsalın atası Yavər Abbasov, anası Xuraman xanım və özü - Sputnik Azərbaycan
Abunə olmaq
O, həm revmatizm xəstəliyindən əziyyət çəkir, həm də onurğa sütununda əyrilik var. Buna baxmayaraq, özündən daha ağır xəstə olan ata-atasını yaşatmaq məcburiyyətindədir.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 avq — Sputnik. Danışanda hər birimiz ağız dolusu "Uşaqlar bizim gələcəyimizdir" deyirik. Və çox zaman da bu ifadəni işlədənlər uşaq hüquqlarının pozulmasına göz yumurlar. Bu gün bir uşaq küçələrə düşürsə, bir uşağın əməyi istismar edilirsə, bir uşaq təhsildən yayınırsa, burada cəmiyyət olaraq hamımız günahkarıq.

Şəhid Əbu Bəkir İsmayılov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Oğlu şəhid olan atanın ilk reaksiyası: "Kürəyindən vurulmayıb ki?"

Bir müddət əvvəl sosial şəbəkələrdə Vüsal adlı bir uşağın iş axtarmasına dair elanla qarşılaşmışdım. Vüsal işləməyi çox sevdiyini, ata-anasına baxmaq üçün, yalnız onun çalışa biləcəyini qeyd etmişdi.

Axtarıb Vüsalı tapdım. Evinə getdim. Ata-anası ilə söhbətləşdim. Və Vüsalın işə olan ehtiyacının əsl səbəbini öyrəndim.

Vüsalın atası — Abbasov Yavər Qaçay oğlu 1960-cı ildə Ağdamda dünyaya gəlib. Gəncliyi müharibə dövrünə təsadüf edən edən Yavərin həyatı elə əvvəldən gətirməyib.

"1994-cü ildə Ağdamın Mahrızlı kəndində döyüş gedərkən, evimizin yanına QRAD mərmisi düşmüşdü. Ondan sonra mən özümü çox pis hiss etməyə başladım. Qulaqlarım batmış və başımda kəskin ağrılar yaranmışdı. Valideynlərimlə birlikdə Mingəçevir şəhərinə köçdük. Ailəni saxlamaq üçün mən Bakıya işləməyə gəldim. Çünki valideynlərim təqaüdə möhtac idilər", — Y. Abbasov.

Onun Bakıda işləri pis getmir: "Amma səhhətim imkan vermirdi. Tez-tez baş ağrılarından əziyyət çəkirdim. Cavan idim, düşünürdüm ki, yəqin keçib gedər. Həmin vaxtlarda bazarda gözətçi idim. Bir gün gecə məni başımdan vurdular. O hadisədən sonra ağrılarım daha da artırdı. Xəstəlik irəliləyirdi. Mən isə yenə də düşünürdüm ki, keçib gedər".

Dediyinə görə, əvvəldən ailə qurmaq istəyi olmayıb, lakin atasının təkidi ilə ailə həyatı qurub. Anası dünyasını dəyişəndən sonra Yavər ailə həyatı qurur və həyat yoldaşı ilə birlikdə Bakıya köçür: "Anam rəhmətə gedəndən sonra atam dedi ki, "mən də öləcəyəm, tək qalacaqsan, evlən". Mən də evləndim. Uşaqlarm dünyaya gəldi. Keşlə qəsəbəsində bir həyət evində qalırdıq. Bir gün gəldim ki, 5 yaşlı qızım hovuza düşüb, boğularaq ölüb. Həmin vaxt mən işdə idim, yoldaşımın da xəbəri olmayıb".

© Sputnik / İrade CELILYavər Abbasov
Yavər Abbasov  - Sputnik Azərbaycan
Yavər Abbasov

"Qızımdan sonra mən bir də xəstələndim. Onu itirmək mənə ağır təsir etmişdi. Amma hər dəfə birtəhər ayağa qalxıb işləyir, evimi saxlamağa çalışırdım. Ta ki, 3 il bundan əvvəl xəstəxanaya gedənə kimi", — Yavər danışır.

Xəstəxanada onun başını tomoqrafiya edirlər. Məlum olur ki, başında işemik xəstəlik var. Bir müddət müalicə alır, sonra ona 3-cü qrup əlillik dərəcəsi verilir. Və Y. Abbasov əmək qabiliyyətini tamamilə itirir.

© Sputnik / Irade CELILVüsal anası Xuraman xanımla
Vüsal anası Xuraman xanımla - Sputnik Azərbaycan
Vüsal anası Xuraman xanımla

"Son zamanlar özümü çox pis hiss edirdim. Halsızlıq, yuxusuzluq, boğulmalar olurdu. Saat 3-4-dür, mən oyağam, yata bilmirəm. İşləyə də bilmirəm. Həkimlər deyirlər ki, 5 kq-dan artıq ağır yük qaldırmaq olmaz. Yol gedərkən təngnəfəslik yaşayıram. 150 manat təqaüd alıram. Həddən artıq borcum var. İndi 6 ildir ki, bu otaqda kirayə alıram. Mənim Bakıda qeydiyyatım da yoxdur. Oğlum Vüsal da xəstəliyə görə 70 manat alır. Biz dolana bilmirik", — müsahibimiz nəql edir.

Abbasovlar ailəsi hazırda Əhmədli qəsəbəsində kirayədə yaşayır. Evin kirayə haqqı 90 manatdır və kommunal xərclə bərabər 110 manata başa gəlir.

2015-ci ilin oktyabrında Yavərin həyat yoldaşını avtomobil vurur. Xuraman kəllə-beyin travması aldığı üçün uzun müddət yataq xəstəsi olur. Ancaq ayağa qalxdıqdan sonra da onun psixoloji problemləri yaranır.

Xatirə İsmayılova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həyat onunla düşmənçilik edir

Xuraman avtomobil qəzasından sonra müxtəlif fobiyalarının əmələ gəldiyini deyir: "Son günlər mənə elə gəlir ki, üzərimə həşərat gəlir. Suyu qan kimi görürəm. Gecələr qorxudan yuxudan ayılıram. Yoldaşımı, Vüsalı tanımıram. Bir müddət keçdikdən sonra özümə gəlirəm ki, evdəyəm, ailəmləyəm. Bir də güclü yaddaşsızlıq yaranıb məndə, avtobusa əyləşirəm, bir də o zaman yadıma düşür ki, düşəcəyim yeri keçmişəm".

Qadın, uşaqlığı müahribə dövrünə təsüdf etdiyi üçün 5-ci sinifə qədər təhsil ala bilib. Ona görə də, əlindən heç bir iş gəlmir. Avtomobil qəzasına düşməmişdən öncə evlərdə və ofislərdə xadimə işləyirmiş. Qəzadan sonra isə bu işi də bacarmır.

Vüsal ailənin yeganə övladıdır. 14 yaşı var, bu il 9-cu sinifə gedəcək. Ancaq valideynlərinin imkanı olmadığı üçün, ailəsini saxlamaq məcburiyyətindədir. Ən ağırı da odur ki, o, həm revmatizm xəstəliyindən əziyyət çəkir, həm də onurğa sütununda əyrilik var. Buna görə aylıq 70 manat təqaüd alır.

© Sputnik / Irade CELILVüsalın xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının rəyi
Vüsalın xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının rəyi - Sputnik Azərbaycan
Vüsalın xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının rəyi

Bir müddət əvvəl ona iş təklif edilib və Vüsal da sevinə-sevinə o işə gedib, amma: "Günümə 4 manat verirdilər. Çox yorulurdum. Mən istəyirəm ki, atam-anam yaxşı yaşasın. İkisi də xəstədir. İmkanlı insanlardan xahiş edirəm ki, bizim ailəyə kömək etsinlər. Mənim atamın borcları da var. Mən işləsəm, oxuya bilməyəcəyəm, amma mən oxumaq da istəyirəm".

Vüsal özünü "sındırmır", gülümsünür, danışır. Ayağa qalxıb sağollaşarkən onu otaqda görmürəm. Bayırdan evin şəklini çəkəndə isə onun bir küncə qısılıb ağladığının şahidi oluram.

14 yaşlı bu insanın taleyi, hansı həyatı seçəcəyi bizdən — səndən, məndən asılıdır. Gəlin, onun gələcəyinin yaxşı olması üçün əlimizdən gələni əsirgəməyək. Bu ailəyə kömək etmək istəyənlər əlaqə telefonunu redaksiyamızdan əldə edə bilərlər.

Xəbər lenti
0