BAKI, 25 avq — Sputnik. İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 250 nəfərə, xəsarət alanların sayı isə 365 nəfərə çatıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri İmmakolata Postilone bildirib.
Qeyd edək, iyulun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.