Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ağrılı mərhələnin astanasında

Abunə olmaq
Nə qədər insan həyatını itirəcək, evsiz-eşiksiz qalacaq, nə qədər ailələr dağılacaq, borclular fiziki təzyiqlərin qorxusu altında xaricə qaçacaq...

BAKI, 25 avq — Sputnik. Əhalinin valyutadəyişmə sahəsində üzləşdiyi çətinliklər, yüksək faizlər və bank kreditlərinin əlçatmaz olması "qara bazar" işbazlarının xidmətinə tələbatı dərhal artırıb. Təsadüfi deyil ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının keçirdiyi birgə əməliyyat nəticəsində qanunsuz fəaliyyət göstərən valyutadəyişmə məntəqələri cari ilin yanvar ayından etibarən qadağan edilib.

Nəğd pul - Sputnik Azərbaycan
Ölkədə nəğd pul böhranı başlayır

Valyutadəyişmə xidmətləri sahəsindəki "qara bazar"ın fəaliyyətinin qarşısının alınması və onunla mübarizə tədbirləri çərçivəsində vətəndaş İlyas Ələkbərova məxsus məntəqələrdən birində, 51 ölkəyə məxsus 320 min manat dəyərində yerli və xarici valyuta aşkarlanıb. Bununla yanaşı, keçirilən əməliyyatlar nəticəsində üç qeyri-leqal valyutadəyişmə məntəqəsi bağlanıb. Bu məntəqələr Xətai rayonu, Sarayevo, 8C, Nərimanov rayonu, Təbriz küçəsi 95 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətullayev küçəsi 35 ünvanlarında yerləşib.

Amma, ölkədə hətta, belə qeyri-leqal mübadilə məntəqələrinin fəaliyyətini biznesin "mədəni" forması hesab etmək olar, çünki indidən belə əldən-ələ valyuta alqı-satqısını valyuta alverçiləri (10 il əvvələ qədər onların bu məşğuliyyəti populyar idi) həyata keçirəcək. Valyutadəyişmə məntəqələri öz əməliyyatlarında, gələcəkdə büdcəyə vergi ödəmək üçün kassa aparatlarından istifadə edirdilər, qeyri-qanuni məntəqələr isə ən azı müştərilərin təhlükəsizliyinə zəmanət verirdilər və onları fırıldaqçılıqdan müdafiə edirdilər.

Həmçinin nəzarət orqanları valyuta satışı həcmi üzərindəki nəzarət mexanizmini itirirdi (misal üçün, bir nəfərə 500 dollardan artıq satmırdılar). Valyutadəyişənlərin fəaliyyətinə dövlət tərəfindən qadağanın qoyulmasından sonra valyuta bazarına tətbiq edilən məhdudiyyətlər nəticəsində bazarda valyutanın azalması spekulyativ əhval-ruhiyyənin yaranmasına səbəb oldu.

Banklar öz valyutadəyişmə məntəqələrini bazardan geri çəkdikdən sonra onların fəaliyyətini sutkaboyu işləyən exchange-bankomatlarla kompensasiya etməli idilər. Lakin bankirlər exchange-bankomatlardan istifadədən ona görə çəkinmirlər ki, onların qiymətləri yüksəkdir. Bunun səbəbi Azərbaycan Mərkəzi Bankının neqativ fəaliyyəti ilə bağlıdır. AMB bununla, əslində banklar tərəfindən dollara olan tələbatı və valyuta ticarətinin vəziyyətini bütünlüklə ört-basdır etmək istəyir.

Küçədə əldən-ələ valyutadəyişmə xidmətinə yaranacaq gələcək tələbatı proqnozlaşdırmaq olar. Burada söhbət alqı-satqıda kursun cüzi fərqindən gedə bilər. Bu zaman bankların çoxu valyutanı maksimal yüksək kursla — 1 dolları 1,6849 manata satırlar, lakin bundan xeyli aşağı qiymətə alırlar. Bir sıra banklar (Azer-Turk Bank, Bank BTB, MBA, NBC Bank və Kapital Bank) öz növbəsində avqustun 25-də Mərkəzi Bankdan valyutanı çox aşağı kursa (1 dolları 1,59 — 1,6245 manata) almağa hazırdır.

Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur - Sputnik Azərbaycan
VİDEO
Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur

Lakin düşünmək olmaz ki, "maliyyə işbazları" təkcə əldən-ələ valyuta ticarətini məhdudlaşdırıblar. "Qara bazar"da maliyyə xidmətlərinin fəallaşması ilə ayrı-ayrı adamlar tərəfindən, tarixdəki təcrübədə olduğu kimi, sələmçilik fəaliyyətinin və qeyri-leqal kreditlərin artması da gözlənilir. Əhalinin aylıq borclanmasının 10% (orta rəqəm aylıq 20%, illik isə 240%) artacağına zəmanət var. Bu isə borc bataqlığı deməkdir ki, ondan nadir adamlar xilas ola bilirlər.

Bir çox banklar tərəfindən istehlak kreditlərinin verilməsinin dayandırılması, yaxud da şərtlərin sərtləşdirilməsi növbəti dəfə sələmçiliyin çiçəklənməsinə zəmin hazırlayır. Təəssüf ki, bu, bazar iqtisadiyyatının qaydasıdır (tələb təklifi yaradır) və bunun nəticəsində nə qədər insan həyatını itirəcək, evsiz-eşiksiz qalacaq, nə qədər ailələr dağılacaq, borclular fiziki təzyiqlərin qorxusu altında xaricə qaçacaq, amma bütün bunlar Azərbaycanın maliyyə bazarında nizam-intizamı yaratmayacaq.

Artıq heç kəsə sirr deyil ki, bank sisteminə köklü dəyişikliklər lazımdır. Onun yekun məqsədi təkcə əhaliyə zəmanətli kreditləri illik 30%-lə verən bankların xilası olmamalıdır. Həm də əhalinin müdafiəsinə yönəlmiş qanunvericilik aktları yaradılmalıdır. Öz növbəsində hazırda fəaliyyətdə olan kreditləri qaytarmaq iqtidarında olmayan fiziki şəxslərin müflisləşməsi də səmərəli həll mexanizmi deyil.

Gec-tez banklar maliyyə bazarını istehlakçı-müştərilərin mənafeyinə uyğunlaşdırmalıdır. Maliyyə xidmətlərinin sərt qaydalarını əhaliyə tətbiq etməklə, heç nə əldə etmək olmaz. Əksinə, kredit təşkilatları əlverişli kredit şərtləri təklif etməklə, böyük mənfəət əldə edə bilərlər.

Qeyd edək ki, bu gün Azərbaycanda 33 bank fəaliyyət göstərir.

Onu da vurğulayaq ki, AMB-nin məlumatına görə, 1 ABŞ dollarının Azərbaycan manatına nisbəti 2015-ci ilin yekunlarına görə, 1,5594 manat, 2014-cü ildə — 0,7844, 2013-cü ildə — 0,7844, 2012- ci ildə — 0,7856, 2011-ci ildə — 0,7897, 2010-cu ildə — 0,8026 manat olub.

Xəbər lenti
0