BAKI, 25 avq — Sputnik. İngiltərə nefroloqları 11 il ərzində 3 min insanın qidalanmasını təhlil etdikdən sonra böyrəklərin sağlamlığına ən böyük ziyan vuran 2 məhsulu təyin ediblər. Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, bu məhsullar — turşu (və həmçinin digər duzlu qidalar) və şirin qazlı içkilərdir.
Sübut olunub ki, duzlu qidaların və cola kimi şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu tez bir zamanda böyrəklərin funksiyalarının pozulmasına və böyrək xəstəliklərinin inkişafına səbəb olur. İnsanda böyrək xəstəliklərinin digər risk faktorları (irsiyyət, hipertoniya, şəkərli diabet və s.) olduğu halda belə qidaların qəbulu daha da təhlükəlidir.
Alimlərin fikirinə görə, hər gün 2 və daha artıq stəkan "Coca-cola" içən insanlarda böyrək xəstəliklərinin riski 2 dəfə artır.