Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünya nəhənglərindən dünyanı dəyişəcək qərar

© Photo : rew-online.comABŞ-da biznes mərkəzi
ABŞ-da biznes mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Qubad İbadoğlu: "Bunu o ölkələr həyata keçirə biləcəklər ki, orada informasiya texnologiyaları sistemləri daha çox inkişaf edir, daha yaxşı müdafiə sistemləri tətbiq olunur"

BAKI, 25 avq — Sputnik. Dünyanın 4 nəhəng bankı — İsveçrənin "UBS", Almaniyanın "Deutsche Bank", İspaniyanın "Santander" və ABŞ-ın "BNY Mellon" bankı yeni rəqəmsal valyuta tərtib etmək üçün birgə fəaliyyət göstərməyə qərar verib. "Report"un "The Financial Times"a istinadən verdiyi xəbərə görə, İsveçrənin "UBS" bankı yaradılması planlaşdırılan rəqəmsal valyutanın ilk təşəbbüskarı olub və digər 3 bankla bərabər Britaniyanın İCAP broker şirkəti ilə birləşmək qərarı alıb.

Məhəmməd Yunus Bakıda keçirilən Sosial biznes-inkişafa gedən yol adlı beynəlxalq konfransda iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Kasıbların bankiri"ndən ibrətamiz açıqlamalar

Ortaqlar bildiriblər ki, yeni yaradılan valyuta blokçeyn (blockchain) texnologiyaları vasitəsilə maliyyə əməliyyatlarının tənzimlənməsi və klirinq əməliyyatları üçün yeni standartlar gətirəcək. Xatirladaq ki, blokçeyn rəqəmsal texnologiyalarda əməlyyatların uçot və statistika qeydiyyatı mərkəzi kimi bilinir.

Yeni valyuta haqqında "Santander" bankın nümayəndəsi bildirib ki, bu gün banklarla maliyyə təşkilatları arasında ticarət mürəkkəb, vaxt aparan və xərc tələb edən bir prosesdir: "Buna görə də bizim böyük əməliyyat ofislərimiz mövcuddur. Məhz bu səbəbdən yeni valyuta iş effektivliyinin artırılması və rasionallaşdırılmasına səbəb olacaq".

Yeni rəqəmsal valyutanın kommersiya məqsədilə istifadəsinin 2018-ci ildən tez olmayacağı proqnozlaşdırılır.

Bitcoin (rəqəmsal valyuta, elektron pul, virtual valyuta) sahibi olmayan, bir mərkəzdən idarə edilməyən və gücünü istifadəçilərindən alan ödəmə üsuludur. Bitcoin normal pulla internetdən alış-veriş etməyə bənzəyir. İlk Bitcoin tərifi və anlayışı 2009-cu ildə Satoshi Nakamoto tərəfindən çap edilib. Satoshi 2010-cu ilin sonuna doğru özü haqqında bir məlumat vermədən layihədən ayrılıb.

Bitcoin-i yaradanın kim olduğu indiki vaxtda ancaq kağızı kimin tapdığı qədər əhəmiyyətlidir. Kimsənin e-poçt texnologiyasına sahib olmadığı kimi, kimsə də Bitcoin şəbəkəsinə sahib deyil.

© Photo : APAQubad İbadoğlu
Qubad İbadoğlu - Sputnik Azərbaycan
Qubad İbadoğlu

Bitcoin-i istifadə edən müəssisələrin və insanların sayı getdikcə artmaqdadır. Bitcoin nisbətən yeni bir hadisə olsa da, sürətlə böyüməkdədir. 2013-cü ilin avqust ayının sonunda tədavüldəki bütün bitcoin-lərin dəyəri 1,5 milyard dolları keçib və gündə milyonlarla dollarlıq bitcoin-lər alınıb-verilib.

Dünyanın hər yerində, hər zaman, anında hər hansı bir miqdar pul göndərib almaq mümkündür. Bank tətilləri yoxdur. Sərhədlər yoxdur. Məcburi limitlər yoxdur. Bitcoin istifadəçilərinə pullarına tam nəzarət etmə imkanı təqdim edir.

Bitcoin ödənişləri hazırda ya heç bir ödəmə edilmədən ya da çox aşağı bir ödənişlə reallaşmaqdadır. Dünya daha əvvəl heç belə bir pul vahidi görmədi, ona görə də bunun necə olacağını xəyal etmək həqiqətən çox çətindir.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Qubad İbadoğlu Sputnik-ə açıqlamasında deyib ki, bu yenilik hesablaşmaları həm sürətləndirmək, həm də asanlaşdırmaq üçün tətbiq olunur: "Hər bir nağdsız və rəqəmsal valyutanın arxasında vəsait durmalıdır. Bu sadəcə olaraq internet hesablaşmasından ibarət deyil. Bu istiqamətdə təşəbbüslər müasir dövrün tələblərindən irəli gəlir".

"Yəqin iri əməliyyatlarda və bank hesablaşma sistemi müasir informasiya texnologiyaları ilə təmin olunmuş banklarda bunu həyata keçirmək mümkün olacaq. Bunun həyata keçirilməsi həm də hesablaşmaların xərcini azaldacaq", — Qubadoğlu qeyd edib.

Onun sözlərinə görə, burada ən vacib məsələlərdən biri hesablaşmalarının təhlükəsizliyinə təminatdır: "Yəni, onun güclü müdafiə sistemi olmalıdır ki, hakerlər və bu məsələ ilə bağlı olan ayrı-ayrı qruplar bu prosesə müdaxilə edə bilməsinlər".

"Bunu o ölkələr həyata keçirə biləcəklər ki, orada informasiya texnologiyaları sistemləri daha çox inkişaf edir, daha yaxşı müdafiə sistemləri tətbiq olunur. Sözügedən ölkələr belə bir niyyətlərini gerçəkləşdirə bilərlər", — ekspert əlavə edib.

Xəbər lenti
0